RU

Toy FACİƏYƏ çevrildi-AZƏRBAYCANDA DƏHŞƏT

Gəncədə iki avtomobilin toqquşması nəticəsində xəsarət alanların vəziyyəti açıqlanıb.

TƏBİB-dən  bildirilib ki, 26.08.2025-ci il tarixində saat 17:40 radələrində 5 nəfər (3 qadın, 2 kişi cinsli) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Akademik Z.Məmmədov adına xəstəxanaya hospitalizasiya olunub.

Müxtəlif bədən xəsarətləri alan pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib. Hazırda müalicələri müvafiq şöbədə davam etdirilir, vəziyyətləri stabildir.

--------
18:05

Gəncədə avtomobillər toqquşub, xəsarət alanlar var.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə şəhərin Gülüstan qəsəbəsində, şadlıq saraylarından birinin yaxınlığında qeydə alınıb.

"Mercedes" və "Chevrolet" markalı avtomobillərin toqquşması nəticəsində 1996-cı il təvəllüdlü Ayşən Həsənova, 1990-cı il təvəllüdlü Gülşən Hüseynova, 1989-cu il təvəllüdlü Zamin Həsənov, 1988-ci il təvəllüdlü Yeganə Əsgərova, 1981-ci il təvəllüdlü Oleq Titov müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Zərərçəkənlər xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

--------
17:51

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.

Azia.az  APA-ya istinadla xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb.

Belə ki, hərəkətdə olan bir neçə avtomobil toqquşub. Qəza zamanı 5 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Məlumata görə, qəzaya düşənlər toya gedirmişlər.


Избранный
6
1
azia.az

2Источники