Çempionlar Liqasının pley-off mərhələsinin “Qarabağ” – “Ferentsvaroş” oyunu üçün bilet satışı ətrafında inanılmaz ajiotaj yaşanır.
Tələbin təklifi üstələdiyi bütün hallarda olduğu kimi, bu dəfə də satışla bağlı ciddi narazılıq, bilet kütləsinin önəmli hissəsinin “qara bazar”da satılması ilə bağlı söz-söhbət var. Bəs belə durumda “Qarabağ” özünü necə aparır? Klub sosial şəbəkə hesabında hələ üç gün əvvəldən 28800 biletin satıldığını elan edib, 23 saat əvvəl isə “əziz azarkeşlər artıq son biletlər qaldı” deyə adamları kassalara çağırır.
Halbuki heç bir yerdə bilet tapmaq mümkün deyil. Binəva azarkeş də kluba inanır və bilet axtarır. Ya da belə çıxır ki, bilet hələ də qalıb, problem “iticket” ilə bağlıdı.
MÜZƏFFƏR QULUZADƏ
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта