RU

Biləsuvar və Cəlilabadda bu il günəbaxan əkini artırılıb

Azərbaycanın Muğan bölgəsində bir neçə gündür ki, günəbaxan yığımına start verilib.

Bakıvaxtı.az-ın məlumatına görə, hazırda Biləsuvar və Cəlilabad rayonlarında məhsulun yığımı aparılır, İmişli rayonunda isə bu əkin ilində günəbaxan bitkisi əkilməyib.

Biləsuvar rayonunda cari ildə rayon üzrə 491 hektar sahədə günəbaxan bitkisi əkilib. Ötən il isə bu rəqəm 129,8 hektara bərabər olub və sahələrdən 2 834 sentner məhsul toplanıb.

Cəlilabad rayonunda isə bu il 320 hektar ərazidə günəbaxan bitkisi yetişdirilib. Keçən il isə bu rəqəm 291 hektar təşkil edib və 4 656 sentner məhsul tədarük olunub.

Biləsuvar rayonunda günəbaxan sahələri bu il 361,2 hektar, Cəlilabad rayonunda isə 29 hektar artırılıb. Fermerlər bunun əsas səbəbini sözügedən bitkinin məhsuldarlığının yüksək olması ilə əlaqələndirirlər. "Həmçinin bitkinin quraqlığa davamlı olması onun əkininə stimul yaradır" - deyə fermerlər əlavə ediblər.

Hazırda sahələrdə məhsul yığımı davam edir.

Избранный
5
1
bakivaxti.az

2Источники