RU

"Ferentsvaroş" bu gün Bakıda məşqə çıxmayacaq

0

Çempionlar Liqasının seçmə mərhələsinin pley-off mərhələsinin Bakıda keçiriləcək cavab oyunu (ilk oyun - 3:1) öncəsi "Qarabağ" və "Ferentsvaroş" klublarının baş məşqçilərinin mətbuat konfranslarının vaxtı açıqlanıb.

Sportinfo.az xəbər verir ki, sabah saat 13:30-da Tofiq Bəhramov stadionunda Qurban Qurbanovun mətbuat konfransı keçiriləcək.

Saat 18:00-da Ağdam klubunun "Azərsun Arena" stadionunda son məşqi olacaq.

Macarıstan çempionunun baş məşqçisi Robbi Kin saat 20:00-da Tofiq Bəhramov adına stadionda jurnalistlərlə görüşəcək. “Ferentvaroş”un Bakıda oyunöncəsi son məşqi planlaşdırılmayıb.

"Qarabağ" - "Ferentsvaroş" matçı avqustun 27-də Tofiq Bəhramov adına stadionda keçiriləcək və görüşə saat 20:45-də start veriləcək.

Избранный
55
2
sportinfo.az

10Источники