RU

Bir gündə təcili tibbi yardım avtomobilində 3 doğuş oldu

ain.az, Bakupost saytına istinadən bildirir.

25.08.2025-ci il tarixində saat 23:50 radələrində Bakı şəhərinin Sabunçu rayonundan, 26.08.2025-ci il tarixində saat 02:50 radələrində Xəzər rayonundan, 26.08.2025-ci il tarixində saat 06:00 radələrində isə Quba rayonunun Qalayxudat kəndi ərazisindən doğuş prosesi ilə bağlı Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə çağırış daxil olub.

Bakupost.az xəbər verir ki, hər üç ünvana təcili tibbi yardım briqadası cəlb olunub və tibb müəssisələrinə hospitalizasiya zamanı hamilələrin doğuş prosesi başlayıb.

Həkim briqadaları tərəfindən operativ və peşəkar tibbi müdaxilə ilə, doğuş prosesi elə təcili tibbi yardım avtomobillərində qüsursuz şəkildə idarə olunub.

Təcili tibbi yardım briqadaları tərəfindən 2 zahı qadın və yenidoğulmuşları Sabunçu Tibb Mərkəzinin Doğum şöbəsinə, 1 zahı qadın və yenidoğulmuşu isə Quba Rayon Mərkəzi Xəstəxanasının nəzdində olan Quba Perinatal Mərkəzə hospitalizasiya olunublar.

Hazırda müvafiq şöbələrdə anaların və körpələrin müalicələri davam etdirilir, vəziyyətləri stabildir.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
8
22
www.bakupost.az

10Источники