Rusiyanın Perm diyarında dəmir yolu sisternlərinin planlı işlərə hazırlanması zamanı qaz-hava qarışığının partlaması nəticəsində bir nəfər həlak olub, iki nəfər xəsarət alıb.
"Operativ Məlumat Mərkəzi-OMM" Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə Perm diyarının Dövlət Əmək Müfəttişliyi məlumat yayıb.
"Dəmir yolu sisternlərinin planlı təmirə hazırlanması zamanı qaz-hava qarışığı partlayıb. Hadisə nəticəsində ağır dərəcəli yanıq xəsarəti almış üç işçi xəstəxanaya yerləşdirilib, onlardan biri tibb müəssisəsində vəfat edib", - qurumdan bildirilib.
Dövlət Əmək Müfəttişliyinin təhqiqat materialları təqsirkarların cinayət məsuliyyətinə cəlb edilməsi məsələsinin həlli üçün istintaq orqanlarına göndəriləcək.