RU

Təhlükəsizlik zəmanəti ilə bağlı işlər sürətləndirilməlidir-

Ukrayna Prezidenti Volodimir Zelenski hərbi rəhbərliklə görüşündən qısa açıqlama yayıb və cəbhə xəttindəki vəziyyətlə bağlı məlumat aldığını bildirib.

Metbuat.az "The Guardian"a istinadla xəbər verir ki, Zelenski Donetsk və Zaporojye bölgələrində aparılan işləri, həmçinin bu ərazilər üçün əlavə təminatların zəruriliyini xüsusilə vurğulayıb. Ukrayna rəhbəri qeyd edib ki, artıq Avropa və ABŞ ilə işlər barədə hesabat təqdim olunub.“Bu həftə daha çox müvafiq görüşlər və işgüzar təmaslar olacaq. Qeyd edildi ki, işin dinamikası sürətləndirilməlidir,” – deyə dövlət başçısı bildirib.Onun sözlərinə görə, təhlükəsizlik zəmanətlərinin müdafiə komponenti yaxın vaxtlarda detallı şəkildə hazırlanmalıdır.Qeyd edək ki, Ukraynada davam edən müharibə fonunda Avropa liderləri və ABŞ rəsmiləri təhlükəsizlik zəmanətlərinin qısa müddətdə formalaşdırılmasının vacibliyini vurğulayıblar. Brüsseldə keçirilən görüşlərdə Prezident Volodimir Zelenski bu prosesin sürətləndirilməsinin ölkəsi üçün həyati əhəmiyyət kəsb etdiyini bildirib.

NATO müdafiə nazirləri və Avropa liderləri Brüsseldə keçirilən müzakirələrdə Ukraynanın təhlükəsizliyinə dair konkret zəmanətlərin hazırlanmasının gündəmdə olduğunu təsdiqləyiblər. ABŞ hərbi rəhbərliyi də Avropa ilə birlikdə müxtəlif strateji variantları dəyərləndirir. Eyni zamanda, yaxın vaxtlarda Cenevrədə sülh konfransının keçirilməsi ehtimal olunur.

Избранный
30
1
metbuat.az

2Источники