RU

Ağır çəkili sərnişinlər təyyarədə 2 oturacaq almalı olacaqlar Yeni qayda

Bakupost saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

ABŞ-nin aşağıbüdcəli hava yolu şirkəti “Southwest Airlines”, 2026-cı il 27 yanvar tarixindən etibarən iri ölçülü sərnişinlər üçün yeni qayda tətbiq edəcək. Yeni siyasətə əsasən, oturacağa yerləşə bilməyən sərnişinlər əlavə oturacağı əvvəlcədən almalı olacaqlar.

Bakupost.az xəbər verir ki, bu barədə “ABC News” məlumat yayıb.

Bildirilib ki, hazırda belə sərnişinlər hava limanında əlavə yeri pulsuz tələb edə və ya ikinci oturacağı əvvəlcədən alıb, daha sonra vəsaiti geri ala bilirdilər. Lakin yeni siyasət bu imkanlara məhdudiyyət qoyur. Şirkət bildirir ki, boş yer olsa belə, sərnişinlər bu yerləri bilet bronlaşdırılarkən almalıdırlar.

Məlumatda həmçinin vurğulanır ki, bu addım “Southwest”in son dövrlər sərt iqtisadi qərarlar qəbul etməsinin növbəti nümunəsidir. Məsələn 2025-ci ilin mayına qədər şirkət sərnişinlərinə istədikləri yeri seçmək və baqajı pulsuz daşımaq imkanı verirdi. Son zamanlar maliyyə çətinlikləri ilə üzləşən aviaşirkət, sərmayədarların gəlir və mənfəətin artırılması ilə bağlı təzyiqləri altında fəaliyyətini sərtləşdirir. Şirkət ötən il həmçinin daha geniş ayaq yeri və gecə uçuşları üçün də əlavə ödəniş tətbiq edəcəyini açıqlamışdı.

Aysel,

BakuPost

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
9
www.bakupost.az

1Источники