RU

Cadillac Azərbaycan Qran Prisinin qaliblərini Bakıya gətirəcək

Bakı. Trend:

Cadillac 2026-cı ildə ilk dəfə Formula 1 çempionatında iştirakedəcək heyətini açıqladı.

Trend xəbərverir ki, komanda təcrübəli pilotlar, çoxsaylı Qran Pri qalibləriSerxio Peres və Valtteri Bottas ilə müqavilə bağladığını rəsmiolaraq elan edib.

Onlar birlikdə 527 Qran Priyə qatılıb və 16 qələbə qazanıblar.Bu da onları çempionatın ən təcrübəli duetlərindən birinəçevirir.

Qeyd edək ki, Serxio Peres Azərbaycan Qran Prisinin ikiqatqalibidir. O, Red Bull Honda heyətində 2021 və 2023-cü illərdəBakıda qalib gəlib. Valtteri Bottas isə 2019-cu ildə Mersedeskomandasının tərkibində Azərbaycan Qran Prisinin qalibi olub.

Cadillac 2026-cı ildən etibarən Formula 1 dünya çempionatının11-ci rəsmi iştirakçısı olacaq.

Azərbaycan Qran Prisi 2026-cı ildə 24–26 sentyabr tarixlərindəkeçiriləcək.

Избранный
20
10
az.trend.az

10Источники