RU

III MDB Oyunlarında iştirak edəcək ölkələrin sayı müəyyənləşib

Azərbaycanda keçiriləcək III MDB Oyunlarında iştirakı təsdiqlənən ölkələrin və nümayəndə heyətlərinin sayı açıqlanıb.

Bakı Şəhər Halqasından Bakıvaxtı.az-a verilən məlumata görə, yarışlarda 10 ölkədən 1605 idmançı və 2330 nümayəndə iştirak edəcək.

Azərbaycanı 340, Rusiyanı 262, Özbəkistanı 254, Belarusu 240, Qazaxıstanı 147, Tacikistanı 144, Qırğızıstanı 126, Türkmənistanı 48, Türkiyəni 38, Küveyti isə 6 idmançının təmsil edəcəyi dəqiqləşib.

Qeyd edək ki, III MDB Oyunları bu il sentyabr 28-dən oktyabrın 8-dək Azərbaycanın yeddi şəhərində – Gəncə, Yevlax, Mingəçevir, Qəbələ, Şəki, Göygöl və Xankəndidə təşkil olunacaq.

Избранный
18
8
bakivaxti.az

10Источники