RU

Zəngəzur dəhlizi ilə bağlı mühüm AÇIQLAMA

Naxçıvan nəqliyyat dəhlizi üçün hazır vəziyyətə gətirilməlidir.

Bakıvaxtı.az xəbər verir ki, bunu Nazirlər Kabinetində keçirilən Prezident İlham Əliyevin Vaşinqton səfərinə həsr olunmuş xüsusi iclasda Prezidentin Naxçıvan Muxtar Respublikasında səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli deyib.

O bildirib ki, Zəngəzur dəhlizi açılandan sonra Naxçıvanın tarixi təcridi bitəcək: “Zəngəzur dəhlizi həm də Naxçıvanın iqtisadi inkişafını maksimal sürətlə həyata keçirməsinə kömək edəcək. Bu dəhliz Azərbaycanın iqtisadi gücünü artıracaq yeni mərhələnin başlanğıcı olacaq”.

Fuad Nəcəfli qeyd edib ki, Naxçıvan sakinləri Azərbaycanın əsas hissəsi ilə maneəsiz gediş-gəlişin təmin olunacağı günün yaxınlaşmasından böyük sevinc hissi duyur: “Azərbaycan qarşıya qoyduğu hədəflərə doğru inamla irəliləyir. Zəngəzur dəhlizinin açılması Azərbaycan üçün yeni dövrün başlanğıcı, Naxçıvan üçün isə tarixi təcridin ləğvi olacaq”.

Baş nazirin müavini Şahin Mustafayev isə qeyd edib ki, Zəngəzur dəhlizinin açılması Transxəzər Beynəlxalq Nəqliyyat Marşturunun (Orta Dəhliz) ötürücülük qabiliyyətini ildə 15 milyon ton artıracaq.

"Dəhliz Azərbaycanın əsas ərazisini Türkiyə və Mərkəzi Asiya ilə bağlayan strateji körpüdür. Eyni zamanda, dəhliz Cənub-Şərqi Asiya və Fars körfəzini Şimali Avropa ölkələri ilə əlaqələndirən yeni arteriya rolunu oynayacaq”, - deyə o qeyd edib.

Избранный
28
17
bakivaxti.az

10Источники