RU

Google Play pullarımızı oğurlayan onlarla proqram aşkar etdi

ain.az, Cebheinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Google Play" artıq 19 milyon dəfədən çox quraşdırılmış "Android" üçün 77 zərərli proqramı silib.

Oxu.Az-ın xəbərinə görə, bu barədə "Bleeping Computer" məlumat yayıb.

Təhdidi "Zscaler ThreatLabs" tədqiqat qrupunun mütəxəssisləri aşkar ediblər. Onlar "Tea Bot" kimi tanınan "Anatsa" bank troyanı ilə əlaqəli yeni yayılma dalğasını müəyyən ediblər.

Təhlil göstərib ki, zərərli proqramların 66%-dən çoxunda reklam proqramı komponentləri var. Bununla belə, ən çox yayılmış zərərli proqram növü yoxlanılan proqramların, demək olar ki, 25%-də aşkar edilən "Joker Trojan" olub. Qeyd olunur ki, quraşdırmadan sonra "Joker" SMS oxumaq və göndərmək imkanı əldə edir, ekran görüntülərini çəkə, zənglər edə, kontakt siyahılarını köçürə, cihaz məlumatlarını toplaya və avtomatik olaraq ödənişli abunəçiliyi aktiv edə bilər. Bu xüsusiyyətlər "Joker"ə qurbanların bank hesablarından pul oğurlamağa imkan verir.

"Cebheinfo.az" 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
3
3
cebheinfo.az

4Источники