RU

4-cü dərəcəli beyin qanaması diaqnozu qoyulan Fatimənin köməyə ehtiyacı var...


10 yaşlı Fatimənin köməyə ehtiyacı var.
Yeniavaz.com
-a müraciət edən Fuad Cahangirov bildirir ki, qızı Fatimə Cahangir avqustun 15-də huşunu itirib.
“Axşam saat 21:00 radələrində qəfil özündən getdi, qıcolma əlamətləri ilə ayıldı, sol ətrafları hərəkətsiz halda qusma ilə ayıltdıq”, - F. Cahangirov deyir.
Atanın sözlərinə görə, bir gün sonra Respublika Neyrocərrahiyyə Xəstəxanasında qızına anadangəlmə AVM, (Arteriovenoz Malformasiya – anadangəlmə arteriovenoz malformasiyası) beynin 3-cü və 4-cü dərəcəli qanaması diaqnozu qoyulub:
“Həkimin rəyinə əsasən uşaqda 2 və ya böyük ehtimal 3 mərhələli (2 ay intervalla embalizasiya (Endovascular) əməliyyat məsləhət görüldü. Avqustun 21-də Bakı Medikal Plazaya köçürüldü və həmin gün əməliyyat olundu. 1-ci mərhələdə yalnız 30-35% AVM xəstəlikli damarlar xüsusi kimyəvi maye ilə bloklandı. Əməliyyat ağır keçsə də uğurlu sayılır. Növbəti 2 mərhələ də olunmalıdır. 2 gün reanimasiya şəraitində qaldıqdan sonra palataya köçürülüb, müalicələri davam etdirilir. Hal-hazırda uşağın durumu qeyriistabildir. Gün ərzində temperatur və təzyiq göstəriciləri dəyişkəndir, görməsi zəifləyib, sol ayağın hərəkətində çətinliklər var, gəzməkdə çətinlik çəkir, başgicəllənmələr, hallüsinasiya halları müşahidə olunur”.
F. Cahangirov bildirir ki, övladının müalicəsini davam etdirməsi üçün maddi dəstəyə ehtiyacı var.

Birbank: 4169738866215613
Əlaqə: 070 281 34 81

Qeyd edək ki, AVM (Arteriovenoz Malformasiya) – “anadangəlmə arteriovenoz malformasiyası” deməkdir.
Bu, beynin damarlarının doğuşdan anormal inkişaf etməsidir. Normalda arteriyalar oksigenli qanı gətirir, kapilyarlar vasitəsilə paylanır və venalara ötürülür. AVM-də isə arteriya ilə vena arasında birbaşa əlaqə olur, kapilyar sistemi olmur.
Nəticədə damarlarda təzyiq artır, partlama riski olur və bu, beyin qanamasına səbəb ola bilər.
Beynin 3 və 4-cü dərəcəli qanaması – beyin qanamaları xüsusi şkalalarla qiymətləndirilir (məsələn, Germinal Matrix Hemorrhage dərəcələri).
1–2-ci dərəcə – yüngül sayılır, proqnozu daha yaxşı olur.
3-cü dərəcə – qanama daha geniş yayılıb, beyin mədəciklərini (ventrikülləri) doldurur və beyin şişməsi riski artır.
Избранный
10
1
yeniavaz.com

2Источники