RU

Bakıda sevgi dramı: Telefon üstündə başlayan mübahisə cinayətlə bitdi TƏFƏRRÜAT

Bakupost portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Bakının Sabunçu rayonunda sevgililər arasında yaranan mübahisə cinayətlə nəticələnib.

Bakupost.az Teleqraf-a istinadən xəbər verir ki, hadisə bu il mayın 25-də Zabrat qəsəbəsində baş verib.

Bakı şəhər sakini, 1996-cı il təvəllüdlü Əsgər həmin gün saat 23:00-da qəsəbədə yerləşən “İst petrol” yanacaqdoldurma məntəqəsinin arxa küçəsində qısqanclıq zəminində aralarında yaranmış münaqişə zamanı qeyri-rəsmi münasibətdə olduğu Əsmər (adlar şərtidir – red.) ilə mübahisə edib.

Mübahisə zamanı o, qadına müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.

İstintaq orqanı tərəfindən Əsgərin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.

İş üzrə ifadə verən təqsirləndirilən şəxs bildirib ki, Əsmərlə təxminən 2 ildir qeyri-rəsmi münasibətdədir: “Mayın 25-də axşam saatlarında Əsmər mənə zəng etdi və qəsəbədə yerləşən “Zabrat” kafeyə gedəcəyini bildirdi. Onunla razılaşdım və yanına gələcəyimi bildirdim. Daha sonra əmimgilə gedib bir qədər içki qəbul etdim. Saat 23 radələrində kafeyə yollandım, Əsməri oradan götürdüm. Birlikdə “Zeytun” kafeyə getdik.

Orada bir qədər oturduqdan sonra dostlarımı gördüm, həmin məkandan çölə çıxdım. Yenidən masaya qayıdanda Əsməri və mobil telefonumu orada görmədim. Buna qəzəbləndim. Kafedən çıxdım, lakin Əsməri tapa bilmədim”.

Təqsirləndirilən şəxsin ifadəsinə görə, evə gedən zaman “İst petrol”un arxa küçəsində Əsmərlə qarşılaşıb: “Ona nə üçün telefonumu götürdüyünü dedim. Telefon masanın üzərində sahibsiz qalmasın deyə götürüdüyünü bildirdi. Telefonumu ondan istədim. Mən də onun telefonuna tez-tez baxırdım. Lakin həmin vaxt Əsmər mobil telefonunu mənə vermədi. Bundan qəzəbləndim, onun üz nahiyəsinə bir neçə şillə vurdium. Daha sonra oradan getdim”.

Bu cinayət işinə Sabunçu Rayon Məhkəməsində baxılıb. Əsgərə 1000 manat məbləğində cərimə cəzası təyin edilib.

Qeyd edək ki, Əsgər bundan əvvəl Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə ittiham olunub. Həmin dövrdə zərərçəkmiş ona qarşı şikayətini geri götürdüyü üçün barəsində cinayət təqibinə xitam verilmişdi.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
10
2
www.bakupost.az

3Источники