RU

Lisey və gimnaziyalarda II mərhələ seçimlərinə başlanılıb

Avqustun 26-dan 2025–2026-cı tədris ili üzrə mərkəzləşdirilmiş qaydada şagird qəbulu həyata keçirilən 39 lisey və gimnaziyada II mərhələ seçimlərinə başlanılıb.

Təhsil İnstitutundan aldığımız məlumata görə, II mərhələ yalnız 1-ci seçim turundan sonra boş qalan yerlər üçün nəzərdə tutulur.

Seçimlər şagirdlərin elektron yerdəyişmə portalında “İmtahanlar” bölməsinə daxil olaraq edilə bilər. Bu mərhələdə hər bir şagirdə 2 seçim imkanı təqdim olunur.

II mərhələ üzrə seçimlərdə:

- İmtahanda 10 və daha yuxarı bal toplayan;

- I mərhələdə seçim edib, lakin qəbul olmayan;

- I mərhələdə seçim edib qəbul olan, lakin nəticəni təsdiqləməyən, imtina edən və ya sənədlərini qəbul olunduğu müəssisəyə təqdim etməyən;

- I mərhələdə ümumiyyətlə seçim etməyən şagirdlər iştirak edə bilərlər.

II mərhələ üzrə seçim prosesi 27 avqust saat 23:59-da başa çatacaq.

Qeyd edək ki, III mərhələ nəzərdə tutulmayıb.

Избранный
66
28
xalqqazeti.az

10Источники