RU

Zəfər və Azərbaycanın təşəbbüskarı olduğu sülh ABŞ Prezidentinin iştirakı və imzası ilə rəsmiləşdirildi - Əli Əsədov

Bakı. Trend:

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyiilə Rəşadətli Ordumuzun döyüş meydanında qazandığı zəfərlər vəAzərbaycanın təşəbbüskarı olduğu sülh Vaşinqtonda, ABŞPrezidentinin iştirakı və imzası ilə rəsmiləşdirildi.

Trend xəbərverir ki, bunu Nazirlər Kabinetində keçirilən Prezident İlhamƏliyevin Vaşinqton səfərinə həsr olunmuş xüsusi iclasda Baş nazirƏli Əsədov deyib.

"Azərbaycan Prezidenti İlham Əliyevin bütün dünyanın diqqətmərkəzində olan triumfal Vaşinqton səfəri ölkəmizin beynəlxalqsiyasi arenada nüfuzunu və mövqeyini daha da gücləndirməklə yanaşı,regionda uzunmüddətli sülhün təmin olunması istiqamətində yeniperspektivlər açır", - o qeyd edib.

Baş nazir bildirib ki, Prezident İlham Əliyevin dünyanın ənqüdrətli dövlətinin paytaxtı Vaşinqtonda, Ağ evdə Prezident DonaldTramp tərəfindən böyük hörmət və ehtiramla ən ali səviyyədəqarşılanması, dövlət başçımıza göstərilən xüsusi rəğbət, səmimiyyətvə yüksək qonaqpərvərlik, ABŞ dövlət başçısının Ağ evin rəmziaçarını Azərbaycanın dövlət başçısına təqdim etməsi AmerikaPrezidenti tərəfindən Prezident İlham Əliyevin şəxsiyyətinə vəliderliyinə xüsusi münasibətin parlaq ifadəsidir:

“Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyiilə Rəşadətli Ordumuzun döyüş meydanında qazandığı zəfərlər vəAzərbaycanın təşəbbüskarı olduğu sülh Vaşinqtonda, ABŞPrezidentinin iştirakı və imzası ilə rəsmiləşdirildi. Səfərçərçivəsində imzalanmış tarixi sənədlər bir tərəfdənAzərbaycan-Amerika münasibətlərinin yeni inkişaf mərhələsinə vəstrateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsinə, digər tərəfdən dəAzərbaycan-Ermənistan münasibətlərinin normallaşma prosesinintəməlini qoymaqla Azərbaycan və region üçün son dərəcə taleyüklüməsələlərin həllinə xidmət edir”.

"8 noyabrdan sonra 8 avqustda növbəti tarixi hadisəyə bütündünya və biz şahidlik etdik: “Azərbaycanın diplomatiya tarixinəqızıl hərflərlə yazılan 8 avqust tarixi ölkəmizin uzun, çətin, ammaşərəfli bir yol keçərək əsası Ulu Öndər Heydər Əliyev tərəfindənqoyulan və zamanın çağırışlarına uyğun Prezident İlham Əliyevtərəfindən mükəmməl şəkildə inkişaf etdirilən sülh konsepsiyasınınhədəflərinə nail olması ilə əlamətdar oldu.

Bu nailiyyətlər Azərbaycan Prezidentinin güclü liderliyinin,yorulmaz səylərinin, sarsılmaz polad iradəsinin, qətiyyətinin vəprinsipiallığının, parlaq diplomatik məharətinin, böyükuzaqgörənliyinin və müdrik qərarlarının məntiqi nəticəsidir.Onların əsasında Qarabağımızın və işğala məruz qalmış bütüntorpaqlarımızın azad olunması və mütləq suverenliyimizin təminedilməsi ilə yaranan yeni geosiyasi reallıqlar, eyni zamandabeynəlxalq aləmdə Azərbaycanın nüfuzunun möhkəmlənməsi dayanır.

Postmüharibə dövründə Azərbaycanın xarici siyasəti davamlısülhün təmin olunmasını, dövlət sərhədlərinin qarşılıqlıtanınmasını və kommunikasiya xətlərinin açılmasını əsas prioritetkimi irəli sürür. Bu baxımdan Vaşinqtonda imzalanan sənədlər xüsusiəhəmiyyət kəsb edir”, - o qeyd edib.

Избранный
20
17
az.trend.az

7Источники