RU

Gənclər və İdman Nazirliyindən yenilik: Paytaxt parklarında hər gün səhər məşqləri keçirilir

Gənclər və İdman Nazirliyinin təşəbbüsü ilə paytaxtın müxtəlif parklarında hər gün səhər idman məşqləri keçirilir.

Nazirlikdən XQ-yə verilən məlumata görə, Zabitlər parkı, Mərkəzi park və Dədə Qorqud parkında tayçi, gimnastika və yoqa üzrə peşəkarların iştirakı ilə təşkil olunan məşqlər eyni vaxtda baş tutur.

Səhər məşqlərinin əsas məqsədi şəhər əhalisinin günə gümrah başlaması, sağlam həyat tərzinə həvəsləndirmək, idmanı gündəlik fəaliyyətin bir hissəsinə çevirmək və açıq havada aktiv istirahət imkanlarını artırmaqdır. Məşqlərdə müxtəlif yaş qruplarından insanlar iştirak edə bilərlər.

Qeyd edək ki, səhər məşqləri həftəiçi 6 gün, saat 07:00-dan 08:00-dək davam edir. İştirak üçün heç bir qeydiyyat və ödəniş tələb olunmur. Məşqlərə qoşulmaq istəyən hər bir şəxs sadəcə təyin olunan vaxtda parklara gələrək proqramda iştirak edə bilərlər.

Избранный
26
6
xalqqazeti.az

7Источники