RU

Paşinyanın dostundan müharibə etirafı: “Müharibə 100 illik təxirə salınıb”

ain.az, Tribuna portalına istinadən məlumatı açıqlayır.

“Vaşinqtonda imzalanan sənədlə Ermənistan yavaş-yavaş Rusiyadan qopur və bu, Ermənistanın inkişafı üçün imkanlar açan yoldur”.

Tribunainfo.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyanın yaxın dostu, “Respublika” partiyasının sədri Aram Sarkisyan deyib.

Onun sözlərinə görə, Vaşinqtonda əldə olunmuş razılaşmanın faydasız olduğunu deyənlər yanılırlar. “Bu sənədin heç bir nəticə vermədiyini deyənlər Rusiya müstəvisində qalmaq istəyirlər. ABŞ-a bu yol mütləq lazımdır. Bu yolu Azərbaycanı Naxçıvanla birləşdirən yol hesab edənlər başqasının dəyirmanına su tökürlər. Bu, Orta dəhlizdir”.

Sarkisyan başqa maraqlı iddialarla da çıxış edib. O,  Avropa İnkişaf Bankının Zəngəzur dəhlizi ilə bağlı hesablamalar apardığını bildirib. “Həmin hesablamalara görə, Zəngəzur dəhlizi ildə 50 milyard dollarlıq yükün daşınmasını həyata keçirəcək”.

Bundan başqa, o iddia edib ki, Türkiyə “Böyük Turan” ideyasına qarşıdır. “Çünki onlar həmin ideyanın 100 il geridə qaldığını düşünürlər”.

Partiya sədri bildirib ki, ABŞ təkcə regionda 40 km-ə yaxın əraziyə daxil olmayıb. “Təkcə, qazın Ermənistan üzərindən Avropaya getməsi məsələsini həll edilməsi ən üstün addımdır”.

Sarkisyan hesab edir ki, müharibədən qaçmağın əsas təminatı düzgün siyasi tərəfdaşların olması və düzgün müttəfiqlik münasibətlərinin formalaşdırılmasıdır. “Azərbaycan və Türkiyə bir şeyə görə müharibə istəyirdi ki, onların nəzarətində dəhliz olsun. O fürsət 100 il təxirə salınıb. Vaşinqtonda bununla bağlı razılaşma olub”.

P.S. Əslində, Sarkisyan bununla etiraf edib ki, Ermənistan müharibə niyyətindən əl çəkməyib. Əksinə, onlar üüz ildən sonra yenidən baş qaldıracaqlarını bununla bildiriblər. Görünən odur ki, Prezident İlham Əliyevin müharibəyə hazırlıqla bağlı açıqlaması təkcə, bu günümüz üçün deyil, elə 100 il sonra üçün də aktualdır.

Fərda Uğur

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
9
1
tribunainfo.az

2Источники