RU

İran XİN-dən Ukraynanın qərarına etiraz

Ajans.az “IRNA” agentliyinə istinadən xəbər verir ki, bunu İran XİN-in rəsmi nümayəndəsi Esmail Baqai deyib. Onun sözlərinə görə, Tehran bununla bağlı cavab tədbirləri görəcək: “Bu addıma bəraət qazandırmaq olmaz. Məsələ burasındadır ki, Ukrayna hökuməti son illər İranın Ukrayna ilə münaqişədə Rusiyanı dəstəkləməsi ilə bağlı yalan məlumatlara görə anti-İran yanaşmasını davam etdirir. Biz bu məsələnin detallarını öyrənirik və cavab tədbirləri hazırlayacağıq”.

Qeyd edək ki, İran və Ukrayna arasında diplomatik və xidməti pasportlara malik vətəndaşlar üçün vizasız gediş-gəliş barədə Anlaşma memorandumu 1993-cü il martın 15-də imzalanıb. Ukrayna hökuməti ötən həftə sənədi ləğv edib.

Избранный
30
6
Ajans.az

7Источники