Abşeron Rayon İcra Hakimiyyəti rayon ərazisində yolların əsaslı təmir işlərinin satın alınması ilə bağlı açıq tender elan edib.
Far.Az-in məlumatına görə, satınalmanın ümumi dəyəri 1 milyon 464 min 279 manat 70 qəpik təşkil edir.
Tenderin predmeti Saray qəsəbəsində yerləşən Şəhid Şamil Nəcəfov və Həsən bəy Zərdabi küçələrində aparılacaq təmir işləridir.