RU

Yanğınlara aviasiya qüvvələri cəlb olundu - VİDEO

Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsi, Edilli kəndi və Ağdərə rayonunun Sırxavənd kəndində yanğınların söndürülməsi istiqamətində zəruri və təxirəsalınmaz tədbirlər davam etdirilir.

Gundem.az xəbər verir ki, bununla bağlı Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. 

Bildirilib ki, küləkli hava şəraiti yanğınla mübarizəni çətinləşdirsə də yanğınların söndürülməsi əməliyyatı fasiləsiz olaraq həyata keçirilir.

Qeyd edək ki, yanğınlarla mübarizə tədbirlərinə nazirliyin Dövlət Yanğından Mühafizə Xidməti və Aviasiya dəstəsinin qüvvələri cəlb olunub.

Əlavə məlumat veriləcək.

 

Избранный
10
32
gundem.az

10Источники