"Qələbə üçün əlimizdən gələni edəcəyik".
Herbiand.az xəbər verir ki, bunu "Qarabağ"ın futbolçusu Bəhlul Mustafazadə UEFA Çempionlar Liqasının pley-off mərhələsində "Ferentsvaroş"a (Macarıstan) qarşı keçirəcəkləri cavab matçından öncə mətbuat konfransında deyib.
"Rəqibin güclü komanda olduğunun fərqindəyik. Tam şəkildə sabahkı matça hazırıq. Qələbə qazanmaq üçün əlimizdən gələni edəcəyik".
Qeyd edək ki, "Qarabağ" - "Ferentsvaroş" matçı avqustun 27-də, saat 20:45-də start götürəcək. Komandalar arasında Macarıstanda baş tutan ilk görüşdə Ağdam təmsilçisi 3:1 hesablı qələbə qazanıb.