RU

Səfir: Livan plan açıqlayacaq

Azvision portalından verilən məlumata əsasən, ain.az bildirir.

Bu sözləri ABŞ-nin Suriya üzrə xüsusi nümayəndəsi və Türkiyədəki səfiri Tom Barrak Livan Prezidenti ilə görüşün ardınca mətbuata açıqlamasında dilə gətirib. O vurğulayıb ki, gözlənilən planda terrorçuları "razı salmaqdan ötrü" hər hansı hərbi əməliyyat nəzərdə tutulmur. "Rəsmi Beyrut bu məsələnin həllini tamamilə danışıqlar yolu ilə tapmağa çalışır", – səfir deyib. Ötən həftə "Hizbullah" lideri Nəim Qasım Livan hökumətini hədələyərək belə bir addımdan çəkinməyə çağırıb, əks təqdirdə, ölkənin ağır nəticələrlə üzləşəcəyini diqqətə çatdırıb. Digər tərəfdən, İsrail tərəfi bəyanat yayıb ki, Livan "Hizbullah"ı silahsızlaşdıra bilsə, bu ölkənin cənubundan tədricən çəkiləcək.

Barrak: "İsrail Livandan çəkilməlidir"

Xatırladaq ki, ötən il noyabrın 27-də imzalanan atəşkəs sazişi nəticəsində İsrail və Livanın "Hizbullah" qruplaşması arasında ikiaylıq müharibə başa çatıb. (Müharibə dövründə İsrail "Hizbullah"ın ali rəhbərlərini, o cümlədən təşkilatın lideri Həsən Nəsrullahı aradan qaldırıb). Həmin vaxtdan indiyədək irili-xırdalı sərhədyanı toqquşmalar meydana gəlib. Sazişin şərtlərinə əsasən, İsrail Silahlı Qüvvələrinin bu ölkədən çıxması üçün 60 günlük möhlət verilib. Halbuki bu müddətin yanvarın 26-da qurtarması fonunda İsrail qruplaşmanın yenidən güc toplanmasından ehtiyatlanaraq, daha 30 gün vaxt istəyib. Möhlətin fevralın 18-də qurtarması nəticəsində İsrail qoşunları Livanın cənubundan yalnız qismən çəkilib, strateji sayılan 5 nöqtədə isə hələ də qalmaqdadır. Sazişdə Livanın üzərinə düşən isə "ölkədə silahların ancaq dövlətin əlində qalması" şərti idi. Bu məqsədlə "Hizbullah"ın silahsızlaşdırılması üçün danışıqlar aparılır. Təşkilatın himayədarı İran belə bir prosesi etirazla qarşılayır. Firudin Həmidli

AzVision.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
9
1
azvision.az

2Источники