RU

Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilib

ain.az, Azertag portalına istinadən məlumat yayır.

Bakı, 26 avqust, AZƏRTAC

Konstitusiya Məhkəməsinin Palatasının növbəti iclası olub.

Məhkəmənin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, iclasda Konstitusiyanın 130-cu maddəsinin VI hissəsinə və “Konstitusiya Məhkəməsi haqqında” Qanunun 7.1-ci maddəsinə əsasən, “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin “ğ” bəndinin şərh edilməsinə dair Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin müraciətinə baxılaraq, Plenumun icraatına qəbul olunması haqqında qərardad qəbul edilib.

Müraciətə mahiyyəti üzrə, tərəflərin iştirakı ilə Konstitusiya Məhkəməsi Plenumunun sentyabrın 16-na təyin olunmuş iclasında baxılacaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
31
3
azertag.az

10Источники