RU

Çində ilk dəfə geni dəyişdirilmiş donuzun ağciyərini insan orqanizminə köçürüblər

Oxu.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Çin alimləri ilk dəfə olaraq donuzun ağciyərini kliniki ölüm vəziyyətində olan xəstəyə köçürüblər.

Oxu.Az xəbər verir ki, bu barədə "Nature Medicine" jurnalında dərc olunan məqalədə qeyd olunur.

"Transgen donuzların(geni dəyişdirilmiş - red.) ağciyərləri əvvəllər heç vaxt insan orqanizminə köçürülmədiyi üçün xəstənin immun sisteminin belə bir prosedura necə reaksiya verəcəyi və bunun kəskin əks reaksiyaya səbəb olub-olmayacağı barədə heç bir məlumatımız yox idi. Biz bu təcrübəni ilk dəfə həyata keçirdik və transplantasiya edilmiş ağciyərin 216 saatdan çox canlı və funksional qaldığını müşahidə etdik" - deyə əməliyyatda iştirak edən mütəxəssislərdən biri bildirib.

Qeyd olunub ki, bu təcrübə Çinin Quançjou Tibb Universitetinin professoru He Tsyansinanın rəhbərlik etdiyi bir qrup çinli həkim və bioloq tərəfindən aparılıb.

Belə ki, onun elmi komandası uzun illərdir ki, insan immun sisteminin rədd reaksiyasına səbəb olmayan transgen donuzların yetişdirilməsi üçün zəruri texnologiyaların yaradılması üzərində işləyir.

Alimlər donuzlardan birinin tənəffüs orqanlarını insult nəticəsində kliniki ölüm vəziyyətində olan 39 yaşlı kişinin bədəninə köçürüblər.

Tədqiqatçılar qeyd edirlər ki, ağciyərlər təcrübə ərzində həyat qabiliyyətli olub və öz funksiyalarını yerinə yetirib, lakin eyni zamanda, əməliyyatdan sonra üçüncü gün elm adamları donuzun ağciyər toxumasına antikorların görünüşünü, həmçinin immun reaksiya ilə potensial olaraq əlaqəli iltihab və zədə izlərini müşahidə ediblər.

Bu isə ağciyər ksenotransplantasiyasının tam təhlükəsizliyini təmin etmək üçün donuzların DNT-sində əlavə dəyişikliklərin edilməsinin zəruriliyini göstərir.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
28
oxu.az

1Источники