Oxumağı sevirəm, ali təhsil almaq heç zaman gec deyil.
Bunu “Report”a açıqlamasında bu il Azərbaycanda ən yaşlı tələbə adını qazanan 55 yaşlı Vəfa Cəfərova deyib.
Onun sözlərinə görə, 1970-ci ildə Bakı şəhərində anadan olub:
“Orta təhsilimi bitirdikdən sonra 1987-ci ildə Bakı Politexnik Texnikimuna daxil olmuşam. Həmin ildə binaların sanitar texniki qurğuları ixtisasını oxumuşam. 1989-cu ildə isə Bakı İnşaat Texnikumuna daxil oldum. 2019-cu ildə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdində Bakı Neft-Energetika Kollecində təhsil almışam. Bu dəfə isə Sumqayıt Dövlət Universitetində Neft-qaz mühəndisliyi ixtisasına daxil oldum”.
V.Cəfərova bildirib ki, universitetə bu il daxil olmayan tələbələr qarşıdakı illərdə yenidən cəhd göstərsinlər: