RU

Orduya nəfəs verən GENERAL: Bəxtiyar Paşa nəyi MİRAS qoydu?

ain.az, Bakivaxti portalına istinadən məlumatı açıqlayır.

Azərbaycan Ordusunda müşavir kimi fəaliyyət göstərən general Bəxtiyar Ərsayın vəzifəsindən azad olunması son günlərin diqqətçəkən hadisələrindəndir. 

Onun fəaliyyəti yalnız hərbi sahədə deyil, həm də Azərbaycan-Türkiyə münasibətlərinin möhkəmlənməsində mühüm rol oynayıb. B.Ərsayın Azərbaycandakı missiyasını dəyərləndirmək həm keçilən yolu, həm də gələcək perspektivləri anlamaq baxımından vacibdir.

Mövzu ilə bağlı Bakıvaxtı.az-a danışan hərbi ekspert Ədalət Verdiyev bildirib ki, Azərbaycan Ordusunda müşavir qismində fəaliyyət göstərən general Bəxtiyar Ərsayın Azərbaycandakı missiyası bir neçə mühüm istiqamətdə xüsusi əhəmiyyət kəsb edib:

"Əvvəla, Bəxtiyar Ərsay Azərbaycanın Türkiyə ilə hərbi əməkdaşlığının dərinləşməsində önəmli rol oynayıb. Onun fəaliyyəti nəticəsində iki ölkə orduları arasında koordinasiya daha da güclənib, birgə təlimlər və strateji planlaşdırma prosesləri effektiv şəkildə həyata keçirilib. Bu, Azərbaycan-Türkiyə münasibətlərində “bir millət, iki dövlət” prinsipinin hərbi sahədə praktiki təzahürünü daha da möhkəmləndirib".

Onun sözlərinə görə, ikinci mühüm məqam B.Ərsayın Azərbaycan Ordusunun Türk ordu modelinə keçidində oynadığı roldur:

"Onun rəhbərliyi və məsləhətləri əsasında yeni struktur islahatları aparılıb, orduda idarəetmə, hazırlıq və döyüş qabiliyyəti baxımından ciddi dəyişikliklər gerçəkləşdirilib. Bu, ordunun müasir standartlara uyğun formalaşmasına xidmət göstərib".

Ədalət Verdiyev, hərbi ekspert

Ekspert qeyd edib ki, hazırda onun vəzifədən azad edilməsi ilə bağlı yeni müşavir təyinatı gündəmdə deyil:

"Lakin zərurət yarandığı halda, Azərbaycan Müdafiə Nazirliyi yanında Türkiyədən yeni hərbi müşavirin təyin olunması istisna edilmir".

Həmsöhbətimiz qeyd edib ki, Bəxtiyar Ərsayın fəaliyyəti bütövlükdə Azərbaycan Ordusunun inkişafında əhəmiyyətli mərhələ kimi qiymətləndirilir və onun töhfələri gələcəkdə də öz təsirini göstərməkdə davam edəcək.

Əli Hüseynov

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
9
bakivaxti.az

1Источники