RU

Xocavənddə yanğın söndürülmə işi davam edir - VİDEO

Fövqəladə Hallar Nazirliyi tərəfindən Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsi, Edilli kəndi və Ağdərə rayonunun Sırxavənd kəndində yanğınların söndürülməsi istiqamətində zəruri və təxirəsalınmaz tədbirlər davam etdirilir.

Bu barədə Bakıvaxtı.az-a qurumun Mətbuat xidmətindən bildirilib.

Küləkli hava şəraiti yanğınla mübarizəni çətinləşdirsə də yanğınların söndürülməsi əməliyyatı fasiləsiz olaraq həyata keçirilir.

Qeyd edək ki, yanğınlarla mübarizə tədbirlərinə FHN-in Dövlət Yanğından Mühafizə Xidməti və Aviasiya dəstəsinin qüvvələri cəlb olunub.

Əlavə məlumat veriləcək.

Избранный
11
28
bakivaxti.az

10Источники