RU

Professor Zahid Məmmədov beynəlxalq yubiley medalı ilə təltif olunub

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) professoru, Əməkdar müəllim Zahid Fərrux Məmmədov elm və təhsilin inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə, beynəlxalq elmi əməkdaşlığın möhkəmlənməsinə verdiyi töhfələrə görə Elmi və Texniki Məlumat üzrə Beynəlxalq Mərkəzin (ETMBM) 55 illik yubiley medalı ilə təltif edilmişdir.

AzEdu.az-ın əldə etdiyi məlumata görə, 1969-cu ildə yaradılmış və hazırda 19 üzv dövləti birləşdirən ETMBM ixtisaslaşdırılmış hökumətlərarası təşkilat kimi elm və texnologiyalar sahəsində informasiya mübadiləsi, innovativ biliklərin yayılması və beynəlxalq tərəfdaşlığın gücləndirilməsi istiqamətində fəaliyyət göstərir. Təşkilatın ali idarəetmə orqanı olan Səlahiyyətli Nümayəndələr Komitəsi elm sahəsində xüsusi xidmətləri olan şəxsləri yubiley medalı ilə təltif edir.

Professor Zahid Məmmədov elmi-pedaqoji fəaliyyətində yalnız Azərbaycanda deyil, beynəlxalq müstəvidə də tanınmış alim kimi çıxış etmiş, universitetlərarası əməkdaşlığın genişlənməsi, elmi menecmentin inkişafı və elm siyasətində innovativ yanaşmaların tətbiqi istiqamətində mühüm təşəbbüslərlə çıxış etmişdir. Onun əsərləri və məruzələri bir çox nüfuzlu beynəlxalq elmi toplantılarda təqdim olunmuş, elmi ictimaiyyət tərəfindən yüksək qiymətləndirilmişdir.

Bu təltif yalnız professor Zahid Məmmədovun şəxsi nailiyyətlərinin deyil, həm də Azərbaycan elminin beynəlxalq aləmdə nüfuzunun artmasının göstəricisidir.

Qeyd edək ki, 2023-cü ildə Təhsilin inkişafına yönələn kreativ təkliflərə görə professor, əməkdar müəllim Zahid Məmmədov "Firidun bəy Köçərli" adına mükafatın qalibi olub.

Избранный
10
3
azedu.az

4Источники