RU

Məktəb avtobusları yeni tədris ilində olacaq? RƏSMİ

Cebheinfo saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Yeni tədris ili yaxınlaşdıqca valideynlərin qayğıları daha da artır.

Belə ki, ilk növbədə onlar öz övladlarını məktəb ləvazimatları ilə təmin etməlidirlər.

Bununla yanaşı şagirdlərin məktəbə gedib-gəlməsi də mövcud problemlərdən biridir. Paytaxtda ictimai nəqliyyatla bağlı şərait şagirdlərin məktəbə getməsində çətinliklər yaradır. 

Uzun müddət dayanacaqda avtobus gözləməsi şagirdlərin dərsə gecikməsinə, xüsusilə qış fəslində evə gec saatlarda gəlib çatmasına səbəb olur.

Qeyd edək ki, hazırda bir sıra dünya ölkələrində şagirdlər üçün məktəb avtobusları fəaliyyət göstərir ki, bu da onların dərsə gedib-gəlməsini asanlaşdırır.

Son vaxtlar ölkəmizdə də məktəb avtobuslarının təşkil olunacağı ilə bağlı məlumatlar yayılıb. Hətta elm və təhsil naziri Emin Əmrullayev bildirmişdi ki, növbəti tədris ilindən məktəb avtobuslarının fəaliyyətə başlaması planlaşdırılır:

"Bununla bağlı bəzi layihələr hazırlanıb. Hətta deyə bilərəm ki, bəzi məktəblərdə prosesi ölçmək və qiymətləndirmək baxımından dizayn olaraq həyata keçiririk. Növbəti tədris ilində artıq məktəbli avtobuslarının fəaliyyətə başlaması planlaşdırılır. Bu, əhalinin, tıxacın daha çox olduğu yerlədə təşkil ediləcək".  

Tədris ilinin yaxışlaşdığını nəzərə alsaq, məktəb avtobuslarının istifadəyə verilməsi mümkün olacaqmı?

Məsələ ilə bağlı Elm və Təhsil Nazirliyindən “Cebheinfo.az”-ın sorğusuna cavab olaraq bildirilib ki, “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”na əsasən ümumi təhsil və məktəbəqədər təhsil müəssisələrində təhsil alanların rahat və təhlükəsiz daşınması məqsədilə “məktəb avtobusları”ndan istifadənin təşkili nəzərdə tutulur:

“Məktəb avtobuslarının Bakı şəhərində müəyyən məktəblərdə pilot olaraq tətbiqi ilə bağlı Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Elm və Təhsil Nazirliyi tərəfindən ilkin layihə hazırlanır”.

Nigar Abdullayeva

“Cebheinfo.az”

Açar sözlər:

Məktəb avtobusları Elm və Təhsil Nazirliyi

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
31
1
cebheinfo.az

2Источники