RU

Hindistan Rusiyadan neft alışını kəskin azaldır

 Hindistanın neft emalı zavodları yaxın həftələrdə Rusiyadan neft alışını təxminən 20% azaltmağı planlaşdırır, Bloomberg yazır.

İlin ilk yarısında gündəlik 1,8 milyon barelə çatan tədarüklər oktyabrdan etibarən 1,4–1,6 milyon barelə düşəcək. Azaldılma həm dövlət, həm də özəl şirkətləri, o cümlədən ən iri oyunçu Reliance Industries-i əhatə edir.

Mənbələrə görə, qərarın səbəbi 27 avqustdan qüvvəyə minəcək ABŞ-ın Hindistan mallarına tətbiq etdiyi yüksək rüsumlardır. Prezident Donald Tramp bu tarifləri Hindistanın Rusiyadan neft alışı və Moskvanın ordusuna dəstəyinə cavab olaraq elan edib.

Analitik Kpler-in məlumatına görə, Hindistanın Rusiyadan neft idxalı dörd aydır azalır. Martda 2 milyon bareldən çox olan gündəlik idxal iyulda 1,655 milyon barelə düşüb. Avqustda isə ABŞ-ın Hindistan mallarına 25%-lik tarif tətbiqi və Aİ-nin “Rosneft”in Hindistandakı zavoduna sanksiyaları fonunda bu göstərici kəskin azalıb.

Bloomberg qeyd edir ki, bu addım Vaşinqtona güzəşt sayılsa da, Moskva ilə əlaqələrin kəsilməsi anlamına gəlmir. ABŞ-la ticarət razılaşması imzalanacağı halda həcmlərin yenidən dəyişə biləcəyi vurğulanır. Hazırda Hindistan Rusiyanın neft ixracının 37%-ni təşkil edir.

N.Təbrizli

Избранный
9
anews.az

1Источники