RU

Çimərliklərdə sirli kürəciklər tapıldı

Yazını böyüt
Yazını kiçilt

Avstraliyanın Yeni Cənubi Uels sahillərində yenə mənşəyi məlum olmayan boz kürəciklər tapılıb.

Hafta.az xəbər verir ki, Dövlət Ətraf Mühitin Mühafizəsi Agentliyi (EPA) çimərlikləri qısa müddətdə təmizləyib. Qəribə maddədən ibarət sferik laxtaların yanvar ayında Sidney sahillərində tapılan kürəciklərlə əlaqəli olub-olmadığı hələ məlum deyil. Daha sonra EPA əməkdaşları toplanmış nümunələrdə karbohidrogenlər, yağ turşuları və bağırsaq çöpü qrupuna aid bakteriyalar aşkar ediblər. Onların bəzilərində pemza - məsaməli vulkanik şüşə izləri də olub.

"Onlar çox iyrənc qoxuya malikdirlər", - deyə Yeni Cənubi Uels Universitetinin kimya üzrə professor bildirib. Hələlik sirli kürəciklərin kanalizasiyadan suya düşdüyü güman edilir. Ehtimal olunur ki, kanalizasiya sistemi uzun müddət təmir olunmadığı üçün sıradan çıxıb və əhali artımı səbəbindən ona düşən yük artıb. Yeni kürəciklər leysan drenajlarından suya daxil olmuş və ya yaxınlıqdan keçən qayıqlardan suya düşmüş ola bilər. Mərkəzi Sahil Şurası kürəciklərin aşkar edildiyi çimərliklərə getməməyi tövsiyə edib. Hazırda nümunələr araşdırılır. /"The Guardian"/

Избранный
5
3
hafta.az

4Источники