RU

Ərdoğandan mesaj: “Yönünü Ankaraya, Şama çevirən qazanacaq”

Türkiyə Prezidenti və AKP sədri Rəcəb Tayyib Ərdoğan, Malazgirt Zəfərinin 954-cü ildönümü münasibətilə keçirilən tədbirdə çıxış edib.

News365.az xəbər verir ki, Ərdoğan çıxışında, “Qılınc qından çıxarsa, qələmə və kəlama yer qalmaz. Yönünü Ankaraya, Şama çevirən qazanacaq. Qibləsini çaşdıran isə uduzacaq”, – deyə bildirib.

Dövlət başçısı, Türkiyənin bölgədəki roluna da diqqət çəkərək “Suriyada kürdlərin də təhlükəsizliyinin təminatçısı Türkiyədir” ifadəsini işlədib.

Ərdoğan çıxışında həmçinin bunları qeyd edib:

“Hər cür maneəyə, sabotaja baxmayaraq, böyük və güclü Türkiyə üçün mübarizə aparırıq.”

“86 milyonluq xalqımız tarixin, mədəniyyətin və inancın birləşdirdiyi böyük bir ailədir.”

“Bu bayraq, şəhidlərimizin qanı ilə rəngini alıb, hər zaman bizim olacaq.”

Prezidentin sözlərinə görə, Türkiyə tarix boyu olduğu kimi, gələcəkdə də zülmə məruz qalanların sığınacaq yeri olacaq.

Избранный
47
news365.az

1Источники