RU

İrandan ölkəyə 6 kq-dan çox narkotikin keçirilməsinin qarşısı alındı

Avqust ayının 22-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının "Göytəpə" sərhəd dəstəsinin xidməti ərazisində İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətinə dövlət sərhədinin pozulması halının qarşısı alınıb.

Olaylar.az xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin məlumatında bildirilib.

Qeyd edilib ki, keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində xidməti ərazidən ümumi çəkisi 6 kiloqram 95 qram marixuana, 150 ədəd Gelopain-400, 60 ədəd Portal 0.4 və 60 ədəd Sigomet həbləri aşkar ollunaraq götürülüb.

"Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir", - məlumatda deyilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
33
41
olaylar.az

10Источники