RU

Bakıda ödənişli xidmətlərin dəyəri artıb

2025-ci ilin yanvar-iyun aylarında Bakı şəhərində əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 4 milyard 257 milyon 551,8 min manat təşkil edib. Bu göstərici əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 10,8% çoxdur.

Bakıvaxtı.az Bakı şəhər Statistika İdarəsinin məlumatına əsasən xəbər verir ki, paytaxt rayonları arasında ödənişli xidmətlərin dəyəri üzrə ən yüksək artım tempi Suraxanı (77 milyon 559,7 min manat - 36,1%), Nərimanov (315 milyon 981 min manat - 35,8%), Qaradağ (54 milyon 18,4 min manat - 32,7%) və Xətai (316 milyon 185,6 min manat - 26,9%) rayonlarında müşahidə olunub.

Rayonlar arasında ən yüksək ödənişli xidmət 1 milyard 87 milyon 892,9 min manat ilə Nəsimi rayonunda qeydə alınıb, bu isə 9,9% artım deməkdir.

Xəzər rayonunda isə ödənişli xidmətlərin həcmi (632 milyon 937,9 min manat) ötən ilin eyni dövrünə nisbətən 1,7% azalıb.

Избранный
7
3
bakivaxti.az

4Источники