RU

ABŞ-da dəhşətli QUM FIRTINASI – Hava limanı iflic oldu – VİDEO

ABŞ-ın Arizona ştatının Finiks şəhərində qum fırtınası bir sıra fəsadlar törədib.

Bizim.Media “Yahoo News” istinadla xəbər verir ki, şəhərdə 41 mindən çox insan işıqsız qalıb,  beynəlxalq hava limanı — Sky Harbor zərər görüb.

Məlumata görə, fırtına avqustun 25-i axşam saatlarında şəhər mərkəzinə çatıb. ABŞ Federal Mülki Aviasiya Administrasiyasının məlumatına əsasən, aeroport hava şəraiti ilə bağlı təxminən yarım saat ərzində uçuşları dayandırmalı olub.

Nəticədə üç reys ləğv edilib, 104 reys gecikib, bir təyyarə isə başqa hava limanına yönləndirilib.

Hava limanının nümayəndəsi bildirib ki, terminal binasında zədələnmələr qeydə alınıb. Maddi ziyanın həcmi hələ dəqiqləşdirilməyib. Hadisə nəticəsində xəsarət alanların olmadığı açıqlanıb.


Bizim.Media

Избранный
64
1
bizim.media

2Источники