RU

Baku TVnin ilk dəfə internet televiziyası kimi yayıma başlamasından 6 il keçir

Bakivaxti saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Bu gün "Baku TV"nin ilk dəfə internet televiziyası kimi yayıma başladığı gündür.

Bakıvaxtı.az xəbər verir ki, 2019-cu il avqustun 26-da kanal ilk dəfə internet televiziyası kimi yayıma başlayaraq Azərbaycan media məkanında yeniliyə və fərqli yanaşmaya imza atıb.

“Global Media Group”a daxil olan "Baku TV" 2018-ci il 18 fevralda fəaliyyətə başlayıb. Cəmi bir il sonra, yəni avqustun 26-da internet televiziyası kimi ilk yayımını reallaşdıraraq tamaşaçılara operativ, obyektiv və etibarlı xəbərlər təqdim edib və televiziya məkanında özünəməxsus mövqeyini formalaşdırıb.

Ardıcıl inkişaf strategiyası nəticəsində 2022-ci ildə "Baku TV" Platforma yayımçısı statusunu alaraq daha geniş auditoriyaya çıxış imkanı əldə edib.

2023-cü ildə isə kanal peyk üzərindən yayıma start verib. Bu addım "Baku TV"nin beynəlxalq əlçatanlığını daha da artıraraq Azərbaycanın səsini geniş coğrafiyaya, o cümlədən Avropa və Asiya tamaşaçılarına çatdırıb. Beləliklə, artıq "Baku TV"ni hər yerdə izləmək mümkündür.

2025-ci ilin yanvar ayından etibarən "Baku TV" “Mars” MMC tərəfindən həyata keçirilən televiziya auditoriyasının ölçülməsi sisteminə qoşulub və Azərbaycanda fəaliyyət göstərən televiziya kanalları arasında yüksək reytinqi ilə mövqeyini qoruyur.

Hazırda "Baku TV" beş dildə xəbər istehsal edir və “YouTube” platformasında ümumi abunəçi sayı 3 milyona yaxınlaşır. Yalnız 2024-cü il ərzində kanalın ümumi baxış sayı 1,2 milyarda çatıb və "Baku TV" Azərbaycanda fəaliyyət göstərən televiziya kanallarını geridə qoyaraq “YouTube” platformasında liderliyini qoruyub.

  Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
8
3
bakivaxti.az

4Источники