RU

Almaniya İran vətəndaşları üçün humanitar viza prosesini dayandırdı

Dünən Almaniya Xarici İşlər Nazirliyi bəzi ölkələrin, o cümlədən İran vətəndaşları üçün humanitar vizaların verilməsi və sürətləndirilmiş qəbul prosedurlarının dayandırıldığını açıqlayıb.

"Azad İran" "Telegram" kanalı bu barədə "The Independent" nəşrinə istinadən məlumat yayıb.

"Daxili İşlər Nazirliyi ilə Xarici İşlər Nazirliyi arasında əvvəlki qanunvericilik dövrlərində İran, Belarus və Rusiya vətəndaşları üçün Yaşayış haqqında Qanunun 2-ci bölməsinə uyğun olaraq razılaşdırılmış sürətləndirilmiş qəbul prosedurları artıq tətbiq edilməyəcək", - deyə bəyanatda vurğulanıb.

Bu açıqlama Almaniyanın Tehrandakı səfirliyinin fəaliyyətini dayandırması və İran vətəndaşları üçün viza xidmətlərini dondurması barədə xəbərlərin yayılmasından təxminən bir həftə sonra verilib.

Hazırda bu prosedurun dayandırılması o deməkdir ki, İran vətəndaşları üçün istisna humanitar əsaslarla Almaniyaya köçürülmə proqramları icra olunmayacaq.

Избранный
36
2
moderator.az

3Источники