2025-ci ilin yanvar-iyun aylarında Bakı şəhərində ictimai iaşə dövriyyəsi 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 15.7 faiz artaraq 864.3 milyon manat olub.
“APA-Economics” Bakı şəhər Statistika İdarəsinə istinadən xəbər verir ki, bu dövrdə kafe və restoranların ən yüksək dövriyyəsi Səbail rayonunda qeydə alınıb. Belə ki, Səbail rayonunda ictimai iaşə dövriyyəsinin dəyəri 294 milyon 355.4 min manat təşkil edib ki, bu 2024-cü ilin I yarımili ilə müqayisədə 17.7% çoxdur.
Bu siyahıda ikinci yerdə Nərimanov rayonu gəlir. Belə ki, Nərimanovda ictimai iaşə dövriyyəsinin dəyəri 127 milyon 786.3 min manat təşkil edib ki, bu da əvvəlki ilin yanvar-iyun ayları ilə müqayisədə 31.5% çoxdur.
Üçüncü yerdə isə Nəsimi rayonu dayanır. Bu dövrdə Nəsimidə ictimai iaşə dövriyyəsinin dəyəri 90 milyon 862.7 min manat olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 0.6% çoxdur.
Qeyd edək ki, kafe və restoranların dövriyyələrində ən yüksək artım Nərimanov (31.5% artım), Pirallahı( 24.5% artım) və Sabunçu ( 21.5% artım) rayonlarında, azalma isə Suraxanı ( 9.1% azalma) rayonunda qeydə alınıb.
Aşağıdakı cədvəldə hesabat dövründə Bakı şəhərinin rayonları üzrə ictimai iaşə dövriyyələrinin həcmi və ötən ilin müvafiq dövrü ilə müqayisədə artıb-azalma faizləri verilib:
Bakının rayonları
Restoranların dövriyyəsi, min manatla
Əvvəlki dövrlə müqayisə (faizlə)
Səbail
294355,4
17,7% artıb
Nərimanov
127786,3
31,5% artıb
Nəsimi
90862,7
0,6% artıb
Yasamal
85420,7
12,7% artıb
Xətai
71006,4
17% artıb
Nizami
50874,8
19,4% artıb
Binəqədi
43795,3
10,8% artıb
Xəzər
33272,9
6,6% artıb
Qaradağ
24868,6
19,4% artıb
Sabunçu
22768,8
21,5% artıb
Suraxanı
14730,3
9,1% azalıb
Pirallahı
4520,3
24,6% artıb