RU

“Mastercard” kriptovalyuta trendləri və mənimsənilməsi üzrə qlobal məlumatları açıqlayır

ain.az bildirir, Qafqazinfo portalına istinadən.

Rəqəmsal aktiv ekosistemi genişləndikcə, “Mastercard” kriptovalyuta barədə məlumatlılıq və mənimsənilmə üzrə qlobal tədqiqatının yeni nəticələrini açıqlayıb. Tapıntılar kriptonun maliyyə landşaftında artan əhəmiyyətini və dünyanın müxtəlif ölkələrində istehlakçı gözləntilərinin necə dəyişdiyini ortaya qoyur.

Kriptovalyuta blokçeyn texnologiyası üzərində qurulan rəqəmsal aktivdir - mərkəzləşdirilməmiş və təhlükəsiz reyestr sistemi sayəsində əməliyyatların mərkəzi quruma ehtiyac qalmadan tərəflər arasında birbaşa həyata keçirilməsinə imkan verir. “Bitcoin” və “Ethereum” ən tanınmış nümunələrdir; bununla belə, daha geniş kripto ekosisteminə artıq steyblkoinlər, utilitar (xidmət) tokenləri və maliyyədə ödənişlər, yığım və innovasiyalar üçün getdikcə daha çox istifadə olunan digər rəqəmsal alətlər daxildir.

“Mastercard”ın Qlobal Kriptovalyuta Mənimsənilməsi İndeksinə əsasən, araşdırılan bazarlar üzrə orta bal 100 mümkün baldan 35-dir. EEMEA regionu isə 49 balla əhəmiyyətli dərəcədə yüksək göstərici nümayiş etdirərək, inkişaf etməkdə olan iqtisadiyyatlarda xüsusi maraq və istifadə intensivliyini göstərir.

Tədqiqat onu da göstərir ki, dünya üzrə istehlakçıların 58%-i artıq kripto ilə məşğuldur və ya bunu etməyi planlaşdırır: 21% hər hansı formada kriptovalyutaya malik olduğunu bildirir, 37% isə “kriptoya maraqlı” (crypto-curious) qrupuna daxildir — yəni yaxın gələcəkdə kripto ilə tanış olmağı və ondan istifadə etməyi nəzərdən keçirir. Bu meyl xüsusilə rəqəmsal mühitdə formalaşmış gənc nəsillər—mileniallar və Z nəsli—eləcə də yeni maliyyə texnologiyalarına daha açıq olan yüksək gəlirli istifadəçilər arasında daha qabarıqdır.

Sahibliyin özündən kənarda, istehlakçılar kriptonun yalnız spekulyativ aktiv deyil, gündəlik maliyyə qarşılıqlı əlaqələrinin də bir hissəsi olmasını gözləyirlər. Kriptonun ənənəvi maliyyə ilə qarşılıqlı işləmə qabiliyyətinə (interoperabellik), mövcud ödəniş sistemlərinə inteqrasiyasına və real dünya alış-verişlərində istifadəsinə tələbat artır. Nəticələr kriptovalyuta barədə təsəvvürlərin sürətlə “yenilikdən” “praktik dəyərə” doğru dəyişdiyini göstərir.

“Mastercard” fintek şirkətləri, rəqəmsal cüzdan təminatçıları və mərkəzi banklarla tərəfdaşlıqlar vasitəsilə təhlükəsiz, tənzimlənən və inklüziv innovasiya yollarını dəstəkləyir — həm istehlakçı tələbatına, həm də tənzimləyici nəzarətin tələblərinə uyğun şəkildə.

Azərbaycanda rəqəmsal aktivlərə artan maraq

Azərbaycan kripto üzrə məlumatlılıq və iştirakın sürətlə yüksəldiyi daha geniş regional tendensiyanın bir hissəsidir. Mastercard yerli tənzimləyicilərin yol xəritəsi və tələbləri ilə uyğun əməkdaşlıq edərək, yerli ekosistemlərin dəstəklənməsi üçün əhəmiyyətli potensial görür. Şirkət maarifləndirici məzmun, texnoloji ekspertiza və inteqrasiya alətləri təqdim etməklə ölkənin maliyyə və rəqəmsal sektorlarında kriptonun məsuliyyətli şəkildə mənimsənilməsinə töhfə verməyi hədəfləyir.

Qlobal Kriptovalyuta Mənimsənilməsi İndeksi və “Mastercard” Tədqiqat Mərkəzinin digər məlumatları ilə “Mastercard Business Intelligence” Platforması vasitəsilə tanış ola bilərsiniz.

“Mastercard” haqqında

“Mastercard” 200-dən artıq ölkə və ərazidə iqtisadiyyatları gücləndirir və insanlara dəstək verir. Müştərilərimizlə birlikdə hər kəsin rifah tapa biləcəyi davamlı bir iqtisadiyyat qururuq. Biz rəqəmsal ödənişlərin geniş spektrini dəstəkləyir, əməliyyatları təhlükəsiz, sadə, ağıllı və əlçatan edirik. Texnologiya və innovasiyalarımız, tərəfdaşlıqlarımız və şəbəkələrimiz insanların, bizneslərin və hökumətlərin öz potensiallarını tam şəkildə reallaşdırmasına kömək edən unikal məhsul və xidmətlər toplusu təqdim edir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
29
1
qafqazinfo.az

3Источники