Goranboyda ölümlə nəticələnən ağır yol nəqliyyat hadisəi baş verib.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, rayon ərazisində hərəkətdə olan minik avtomobilinin sürücüsünün idarəetməni itirməsi nəticəsində maşın aşıb.
Qəza nəticəsində 1989-cu il təvəllüdlü A.Həsənov aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.
Müxtəlif dərəcəli bədən xəsarətləri alan 1994-cü il təvəllüdlü F.Zeynalov isə xəstəxanaya yerləşdirilib. Ona ilkin tibbi yardım göstərilib, vəziyyətinin orta-ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта