RU

Avstraliya İranla əlaqələri kəsir

Bu barədə Avstraliyanın Baş naziri Entoni Albanizbəyanatyayıb. Diqqətə çatdırılıb ki, bu addım ölkənin Təhlükəsizlik Kəşfiyyat Təşkilatı ilə Federal Polisinin yəhudi icmasına qarşı antisemit hücumlarla əlaqədar təhqiqatı nəticəsində atılıb.

"Təhqiqatla müəyyənləşdirilib ki, sözügedən hücumlardan ən azı ikisi İran hökumətinin dəstəyi ilə həyata keçirilib. Cəmiyyətimizdə bu cür hücumlar yolverilməzdir. Avstraliya hökuməti qətiyyətli addımlar ataraq,İran səfirinə onun və daha üç diplomatın ölkədən çıxarılacağıbarədə məlumat verib",– bəyanatda vurğulanıb.

Eyni zamanda, məlumata əsasən,Avstraliyanın Tehrandakı səfirliyinin fəaliyyəti də artıqdayandırılıb :

"Oradakı bütün diplomatlarımızüçüncü ölkədətəhlükəsiz yerə köçürülüblər".

Digər tərəfdən, Avstraliya hökuməti İran İslam İnqilabı Keşikçiləri Korpusunu (SEPAH)tezliklə terror təşkilatları siyahısına salacaq.

Firudin Həmidli
AzVision.az
Избранный
31
azvision.az

1Источники