ain.az, Oxu.az saytına istinadən bildirir.
26 avqust Baku TV üçün xüsusi əhəmiyyət daşıyır. 2019-cu ilin məhz bu günündə kanal ilk dəfə internet televiziyası kimi yayıma başlayaraq Azərbaycan media məkanında yeniliyə və fərqli yanaşmaya imza atıb.
"Global Media Group"a daxil olan Baku TV 2018-ci il fevralın 18-də fəaliyyətə başlayıb. Cəmi bir il sonra - 2019-cu ilin 26 avqustunda internet televiziyası kimi ilk yayımını reallaşdıraraq tamaşaçılara operativ, obyektiv və etibarlı xəbərlər təqdim edib və televiziya məkanında özünəməxsus mövqeyini formalaşdırıb.
Ardıcıl inkişaf strategiyası nəticəsində 2022-ci ildə Baku TV platforma yayımçısı statusunu alaraq daha geniş auditoriyaya çıxış imkanı əldə edib.
2023-cü ildə isə kanal peyk üzərindən yayıma start verib. Bu addım Baku TV-nin beynəlxalq əlçatanlığını daha da artıraraq Azərbaycanın səsini geniş coğrafiyaya, o cümlədən Avropa və Asiya tamaşaçılarına çatdırıb. Beləliklə, artıq Baku TV-ni hər yerdə izləmək mümkündür.
2025-ci ilin yanvar ayından etibarən Baku TV "Mars" MMC tərəfindən həyata keçirilən televiziya auditoriyasının ölçülməsi sisteminə qoşulub və Azərbaycanda fəaliyyət göstərən televiziya kanalları arasında yüksək reytinqi ilə mövqeyini qoruyur.
Hazırda Baku TV beş dildə xəbər istehsal edir və "YouTube" platformasında ümumi abunəçi sayı üç milyona yaxınlaşır. Yalnız 2024-cü il ərzində kanalın ümumi baxış sayı 1.2 milyarda çatıb və Baku TV Azərbaycanda fəaliyyət göstərən televiziya kanallarını geridə qoyaraq "YouTube" platformasında liderliyini qoruyub.
Baku TV qarşıdakı illərdə yeni layihələr və ictimai marağa cavab verən proqramlarla auditoriyasına daha da yaxın olacaq.
Ətraflı videomaterialda:
26 avqust - Azərbaycan televiziyasında tarixi yenilik və fərqli yanaşma!
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.