RU

Böyük Britaniyanın səfiri: Sülh və əməkdaşlıq Cənubi Qafqazın çiçəklənməsinə təkan verəcək

Sülhün möhkəmləndirilməsi və münasibətlərin inkişafı Cənubi Qafqazın çiçəklənməsinə yeni təkan verəcək...

“Report” xəbər verir ki, bu fikri Böyük Britaniyanın Azərbaycandakı səfiri Ferqus Auld səsləndirib.

Britaniyalı diplomat sosial şəbəkələrdə Azərbaycan Prezidenti İlham Əliyevin Böyük Britaniyanın Avropa, Şimali Amerika və dənizaşırı ərazilər üzrə dövlət naziri Stiven Dauti ilə görüşündən kadrlar paylaşıb.

“Nazir Stiven Dauti və Azərbaycan Prezidenti İlham Əliyev möhtəşəm görüş keçiriblər. Biz Böyük BritaniyaAzərbaycan arasında ticarət və investisiyalardan təhlükəsizlik, enerji, iqlim dəyişikliyi və təhsilə qədər geniş tərəfdaşlıq əlaqələri ilə fəxr edirik", - F.Auld qeyd edib.

Poliqon.info

Избранный
14
1
poliqon.info

2Источники