RU

Türkiyədə atışma: 2 nəfər ölüb, 5 nəfər yaralanıb

Türkiyədə iki qrup arasında baş verən atışmada 2 nəfər ölüb, 5 nəfər yaralanıb.

Bakues.az xəbər verir ki, hadisə Diyarbakır vilayətinin Yenişehir rayonunda qeydə alınıb.

İlkin məlumata görə, münasibətləri əvvəlcədən kəskin olan iki qrup yolda rastlaşıb, sözlü dalaşdan sonra isə odlu silahlar işə salınıb.

Hadisə yerinə çoxlu sayda polis əməkdaşları və təcili tibbi yardım maşınları cəlb edilib. Atışma nəticəsində yaralanan 7 nəfər xəstəxanaya aparılıb, onlardan 2-nin həyatını xilas etmək mümkün olmayıb.

Hadisə ilə bağlı araşdırma aparılır.

Избранный
75
1
icma.az

10Источники