
Goranboy rayonu ərazisində minik avtomobili idarəetmədən çıxaraq aşıb.
Məlumata görə, qəza nəticəsində 1989-cu il təvəllüdlü Aynur Həsənova aldığı xəsarətlərdən ölüb, müxtəlif dərəcəli bədən xəsarətləri alan 1994-cü il təvəllüdlü F.Zeynalov isə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır(Report).