Türkiyənin məşhur müğənnisi İrem Derici səhhətində yaranan problem səbəbindən xəstəxanaya aparılıb. Sənətçi xəstəxana otağında çəkilmiş görüntülərini sosial mediada paylaşaraq pərəstişkarlarını məlumatlandırıb.
Far.Az haberglobal-a istinadən xəbər verir ki, bu gün verilişə qatılacağı gözlənilən müğənninin qəfildən səhhətinin pisləşdiyi məlum olub. İrem Derici verilişə qoşula bilməsə də, xəstəxana otağından videosunu göndərib.
Videoda o, vəziyyəti ilə bağlı bunları deyib:
"Hazırda antibiotik vurulub, indi də vitamin veriləcək. Boğazım və qulağım xəstədir. Xəstəxanaya gələndə qızdırmam 38,9 idi. Kimin gözü qalıbsa..."
Müğənninin səhhəti ilə bağlı əlavə məlumatın yaxın saatlarda açıqlanacağı gözlənilir.