Qəzza zolağındakı münaqişənin yekun həlli yaxın iki–üç həftə ərzində əldə oluna bilər.ABŞ Prezidenti Donald Tramp bazar ertəsi bildirib.
“Düşünürəm ki, növbəti iki–üç həftə ərzində biz yaxşı, yekun bir nəticəyə gələcəyik . Bu barədə danışmaq çətindir, çünki onlar min illərdir döyüşürlər, ora həmişə gərginlik mənbəyi olub”, - Ağ Evdə Cənubi Koreya Prezidenti Li Ce Myeon ilə görüşə başlamazdan əvvəl jurnalistlərə danışan Tramp deyib.
Avqustun 8-də İsrailin təhlükəsizlik kabineti Baş nazir Benyamin Netanyahuya aid olan Qəzza şəhərinin tam nəzarətə götürülməsi və əməliyyatların genişləndirilməsi planını təsdiqləyib.
Müdafiə naziri İsrail Kats bu planı avqustun 20-də müəyyənləşdirib.
N.Təbrizli