RU

Polşa hərbi xərcləri rekord səviyyəyə qədər artıracaq

Oxu.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

"Polşanın 2026-cı ildə müdafiə xərcləri ölkə tarixində rekord səviyyədə olacaq".

Oxu.Az TVP Info-ya istinadla xəbər verir ki, bunu Polşanın müdafiə naziri Vladislav Kosiniyak-Kamış deyib.

"Sizi əmin edə bilərəm ki, hərbi büdcə artacaq. Bu, 2022-ci ildəkindən iki dəfə çox olmaqla, tarixin ən böyük hərbi büdcəsi olacaq", - deyə o əlavə edib.

Nazirin sözlərinə görə, 2026-cı ilin büdcəsi hələ də müzakirə olunur.

Qeyd edək ki, Polşanın 2025-ci il hərbi büdcəsi 186 milyard zlotidir (təxminən 45 milyard dollar) və bu, ölkə ÜDM-nin 4,7%-ni təşkil edir.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
22
3
oxu.az

4Источники