RU

SpaceX ikinci dəfə ardıcıl olaraq Starship-in buraxılışını təxirə salıb

Şirkət sınaq uçuşunu hava şəraiti və texniki səbəblərə görə təxirə saldığını açıqlayıb...

Poliqon xəbər verir ki, ABŞ-nin SpaceX şirkəti “Starship” kosmik gəmisinin onuncu sınaq uçuşunu yenidən təxirə salıb. Buraxılış avqustun 25-də Texas ştatındakı Starbase kosmodromundan həyata keçirilməli idi. Lakin əlverişsiz hava şəraiti səbəbindən uçuşun baş tutmadığı açıqlanıb.

Bu, ardıcıl ikinci təxirəsalma hadisəsidir. Belə ki, avqustun 24-də planlaşdırılan buraxılış isə yerüstü sistemlərdə yaranmış texniki nasazlıq səbəbilə dayandırılmışdı. Şirkət bildirib ki, uçuşu avqustun 26-da həyata keçirmək niyyətindədir.

“Starship” SpaceX-in indiyədək hazırladığı ən böyük və güclü raketdir. Layihənin əsas məqsədi Marsa və digər uzaq kosmik istiqamətlərə insanlı uçuşları mümkün etməkdir. Raketin tam reusable (təkrar istifadə edilə bilən) olması həm kommersiya, həm də elmi missiyaların xərclərini əhəmiyyətli dərəcədə azaltmaq potensialına malikdir.

Ekspertlərin sözlərinə görə, sınaq uçuşlarının gecikməsi texnoloji inkişaf prosesinin normal mərhələsi hesab olunur. Belə layihələrdə həm texniki nasazlıqlar, həm də hava şəraiti ilə bağlı məhdudiyyətlər buraxılışların təxirə salınmasına səbəb ola bilir.

Qeyd edək ki, SpaceX bu ilin əvvəlindən etibarən “Starship” üzərində bir sıra uğurlu sınaqlar həyata keçirib. Şirkət buraxılışların stabil həyata keçirilməsindən sonra raketin Ay və Mars missiyalarında istifadəsini planlaşdırır.

Poliqon.info

Избранный
29
poliqon.info

1Источники